Ombre Saç nədir ?
Ombre - fransız dilində “kölgə” mənasını verən rəngləmə texnikasıdır. Ombre zamanı saçın uzunluğu və ucları saçın mövcud rəngindən daha açıq rənglərə boyanır. Hansı tonlara üstünlük verilməsindən asılı olmayaraq, məqsəd təbii və harmonik ton keçidləri yaratmaqdır. Başqa sözlə desək, ombreni refle kimi texnikalardan fərqləndirən ən vacib məqam təbii keçidlərə üstünlük verilməsidir. Saç kökləri mövcud rəngdə qalarkən, saçın uzunluğuna və uclarına tədricən genişlənən bir ton keçidi tətbiq olunur. Beləliklə, saçlar daha parlaq, canlı və müasir bir görünüş əldə edir.
Balyaj necə edilir ?
Digər rəngləmə texnikalarında olduğu kimi, müəyyən alətlərdən istifadə etməklə, rəng əllə tətbiq olunur və fırçadan istifadə edilir. Bu prosedurda uğurlu nəticə eldə etmək üçün mütəxəssisə müraciət etmək lazımdır. Doğru rəngi tapmaq üçün balyaj texnikalarında ixtisaslaşmış usta axtarın və boyama prosesinə başlamazdan əvvəl usta ilə məsləhətləşin. İstədiyiniz rəngin şəkillərini göstərin ki, saç ustanız nə istədiyinizi dəqiq bilsin. Usta istədiyiniz rəngi görüb sizinlə müzakirə etdikdən sonra sizi sevindirəcək bir görünüş bəxş edə bilər.
Digər rəngləmə proseslərindən fərq :
Balyaj texnikası ombre və ya ənənəvi rəngləmə üsullarından fərqlənir. Siz saç ustanıza onun uyğun gördüyü rəngi tətbiq etməkdə sərbəstlik versəniz, nəticə daha da ürəyinizcə olacaq.
Ombre, balyaj prosesi nə qədər davam edir ?
İstədiyiniz modelin dərinliyindən asılı olaraq dəyişir. Bəzi proseslər 30-45 dəqiqə, bəziləri isə 2-3 saat çəkə bilər. İstədiyiniz rəngə və saçın uzunluğuna görə dəyişə bilər.
İstifadə etdiyim məhsullar və boyalar :
Qeyd etmək istəyirəm ki, istifadə etdiyim boya və məhsullar Fransa, İtaliya istehsalıdır
© Copyright 2018