Saç kəsimi nədir?
Peşəmizin ən vacib istiqamətlərindən biri yaxşı saç kəsimidir. Saç kəsimi insanın üzünə uyğun və yaraşan olmalıdır. Bu, zəngin təcrübə tələb edən bir proses olduğundan, kəsmək qayçını tutub fırladaraq "kəsimi yaxşı bilirəm" demək kimi sadə bir iş deyil. Heç bir geri dönüşü olmayan, pis kəsilmiş və ya lazım olduğundan çox qısaldılmış saçın bərpa olunması aylar çəkər. Bu da, öz növbəsində, müştərinin saç ustalarına olan etibarını itirməsinə səbəb ola bilər. Bu səbəbdən, saç kəsiminə haradan başlayacağımızı və harada dayanacağımızı çox yaxşı bilməliyik.
İlk öncə, saçı kəsməzdən əvvəl üz formasını, baş quruluşunu və saçları dərindən araşdırmaq lazımdır. Kəsimin nəticəsini əsasən ustanın peşəkarlığı müəyyənləşdirir. Çünki eyni texnikanı hər insana və saça tətbiq etmək olmaz. Bu səbəbdən, ən yaxşı kəsim böyümə və uzanma istiqamətinə əməl edilərək aparılan kəsimdir. Saçın təbii görkəminə, asan formaya salınmasına və uzunmüddətli davamlılığına nail olmağın yeganə yolu budur.
© Copyright 2018